Məqalə Verba Mayr Beynəlxalq sağlamlıq mərkəzi ilə birlikdə yazılmışdır
Hormonal artıq çəki — bu necə işləyir?
Siz ən intizamlı arıqlayan ola — kaloriləri saya və yeməyi qramına qədər çəkə, hər gün ideal olaraq çömbəlmə hərəkətləri
edə və addımlaya bilərsiniz, lakin bəzən orqanizminiz həqiqətən də, sizə qarşı oynayır.
Hansı vəziyyətlərdə artıq çəki ilə vidalaşmaq ulduzlu tapşırıqdır?
Hansı vəziyyətlərdə artıq çəki ilə vidalaşmaq ulduzlu tapşırıqdır?
Kortizol qarnı
Yəqin eşitmisiniz ki, stress — arıqlamanın əsas düşmənlərindən biridir. Kortizol — böyrəküstü vəzilər tərəfindən
istehsal edilən və orqanizmin əlverişsiz şəraitlərə uyğunlaşmasında ən mühüm rol oynayan hormondur.
Kortizol insulinə əks-təsir göstərir və qanda qlükozanın səviyyəsini artırır, axı təhlükədən qaçmaq və ya əksinə, öz həyatını müdafiə edərək mübarizə aparması üçün orqanizmə enerji lazım ola bilər. Axı, bizim üçün istənilən stress məhz belə görünür, istər qılınc dişli pələngin hücumuna məruz qalsaq, istərsə də işdə müdirimiz tərəfindən danlansaq - nə isə etmək lazımdır!

Kortizol çətin vəziyyətlərdə çox yaxşı işləyir və bizi səfərbər edir, lakin əgər stress həftələrlə davam edirsə,
kortizolun səviyyəsi isə normaya qayıtmırsa, hər şey dəyişir.
Biz mübarizə üçün özümüzü enerji ilə təmin etməyə cəhd edərək, daima çətin nəzarət edilən aclıq hiss edirik və nə isə
yağlı və ya şirin bir şey yemək istəyirik və çəkimiz artır. Bu ona görə baş verir ki, kortizolun uzun müddət yüksək olan
səviyyəsi baş beyində aclıq hissinin formalaşmasına cavab verən Y neyropeptidinin miqdarının artmasına səbəb olur.
Kortizol insulinin əksinə təsir edərək, ona qarşı rezistentlik vəziyyətinin inkişafına səbəb olur. Stress hormonu qanda
şəkərin yüksəlməsi istiqamətində təsir edir, burada qlükoza "vur və ya qaç" reaksiyası üçün skelet əzələləri tərəfindən
tez istifadə oluna bilər. İnsulin isə, əksinə, artıq qlükozanı hüceyrələrə ötürməyə çalışır, lakin stress vəziyyətində
orqanizm ona tabe olmur və hüceyrələr kifayət qədər enerji almırlar. Nəticədə artıq şəkər ən əlverişsiz və eyni zamanda
kortizola ən həssas yerdə — qarın nahiyəsində piy şəklində toplanır və həmin o "xilasedici halqanı" əmələ gətirir.
"Kortizol" qarnını necə diaqnostika etmək olar?
1
Bel əhatəsinin qadınlarda 80 sm-dən və kişilərdə 94 sm-dən çox olması;
2
Qan, tüpürcək və sidik analizlərində kortizolun səviyyəsi yüksəkdir;
3
Yüksək kortizolun digər əlamətləri — arterial təzyiqin yüksəlməsi, tünd rəngli dəri dartılmalarının yaranması, yuxu
ilə bağlı çətinliklər və s.;
4
Siz anlayırsınız ki, işiniz və ya həyatınız təkrarlanan, uzunmüddətli və yorucu stress ilə əlaqədardır.
Başlıcası isə — qarnınız göstərdiyiniz səylərin heç birinə tabe olmur və kiçilmək istəmir.
Bununla necə mübarizə aparmaq olar?
Birincisi, səbəbi aradan qaldırmaq lazımdır. Stresslə işləmədən qida rasionuna və fiziki yüklənmələrə nəzarət üzrə
səylər bu halda sadəcə faydasız olacaq.
Yuxunun normallaşdırılması, tənəffüs hərəkətləri, meditasiya, informasiya yüklənməsinin məhdudlaşdırılması və ola bilsin ki, stressli işin dəyişdirilməsi — bütün bu tədbirlər kortizolun səviyyəsini aşağı salmağa kömək edəcək.
İkincisi, kortizol qarmı olan insanlar üçün çox zaman yemək — sakitləşmək və həyəcanların kəskinliyini azaltmaq vasitəsidir. Yemək əvəzinə orqanizmə və psixikaya çətin vəziyyətin öhdəsindən gəlmək üçün hansısa başqa bir üsulu təklif etmək lazımdır.
Müasir yanaşmalardan biri öz emosiyalarınızla işləmək və antistress metodları üzrə təlimə yönəldilmiş psixoterapiya ilə birlikdə toxluq hissini artıran və problemi "yeməklə həll etmək" kimi patoloji istəyi azaldan semaqlutid kimi preparatların istifadəsidir.

Menopauza
Alimlər metabolizmin yaş artdıqca çəkimizin artmasına səbəb olan yaşla bağlı azalmasının mövcudluğu barədə məsələni
diqqətlə araşdırırlar.
Tədqiqatlar göstərir ki, 20 yaşdan 60 yaşadək gündəlik enerji sərfi demək olar ki, eynidir. Və yalnız 60 yaşdan sonra metabolizm hər il 0,7% yavaşlayır ki, bu da orqanizmdə ən "acgöz" toxumalardan olan əzələ toxumasının miqdarının azalması ilə əlaqələndirilir. Lakin menopauza başladıqdan sonra, qadınlar üçün əvvəlki çəkilərini saxlamaq çətin olur, kiloqramlar isə daha sürətlə toplanır. Məsələ burasındadır ki, 45 yaşdan başlayaraq, orqanizm özünün əsas tələbatlarının təmin olunmasına daha az enerji sərf etməyə başlayır. Fəal həyat tərzində bu fərq hiss olunmaya bilər, oturaq iş şəraitində və fiziki yüklənmələr olmadıqda isə artıq kiloqramlar əlavə olunur.1

Menopauza ərəfəsində və klimaks dövründə köklüyə meylliliyin daha bir izahı — yumurtalıqların funksiyası tədricən
zəifləyir və qadın sağlamlığı üçün faydalı olan estrogen hormonlarının səviyyəsi azalır. Bu zaman piy toxuması onların
metabolziminin baş verdiyi əlavə orqan rolunda çıxış edir və orqanizm sadəcə olaraq, birini digəri ilə kompensasiya
edərək, bizi artıq çəki yığmağa təhrik edir.
Tendensiyaya müqavimət göstərmək olarmı? Bəli, üstəlik nəzərə alsaq ki, artıq çəki klimaksın daha ağır keçməsinə səbəb
olur və estrogenlərdən asılı ağırlaşmaların — uşaqlığın və yumurtalıqların onkologiyası riskini artırır.
Bununla necə mübarizə aparmaq olar?
Birincisi, hormonal müalicənin və ya onun bitki mənşəli analoqlarının təyin edilməsi imkanını həkim-ginekoloqla müzakirə
etmək olar. Bu, orqanizmin estrogenlərin səviyyəsini piy toxuması hesabına kompensasiya etmək zərurətini azaldacaq.
Menopauza dövründə əlavə olaraq çəkinin artmasına təhrik edən hormonların səviyyəsinə nəzarət etmək üçün endokrinoloqun
qəbuluna da getmək lazımdır.
İkincisi, gün rejimində fiziki fəallıq üçün vaxt tapmaq da vacibdir, çünki yaş artdıqca əzələlərin miqdarının azalması bizim bədən quruluşuna zərər vermədən qəbul edə biləcəyimiz kalorilərin miqdarını azaldır.
Üçüncüsü, daha sağlam prioritetlər lehinə qida rasionuna yenidən baxmaq lazım gələcək. Böyük miqdarda faydalı yağlar orqanizmi estrogenlərin sintezi üçün sələf maddələrlə təmin edəcək, meyvə və tərəvəzlərin tərkibində olan lifli maddə bağırsağın mikrobiotasını dəstəkləyəcək, asan və yüksək dərəcədə emal edilmiş karbohidratların çıxarılması hesabına qida rasionunda karbohidratların məhdudlaşdırılması isə dəyişilmiş kaloriliyi kompensasiya etməyə kömək edəcək.
Yeni rasiona uyğunlaşmaq üçün və yaxud artıq çəki ilə yanaşı leptinə və ya insulinə qarşı rezistentlik kimi problemlər mövcud olduqda, keçid dövründə endokrinoloqla məsləhətləşdikdən sonra semaqlutid istifadə etmək olar.

Yekun rəy
Əgər siz artıq kiloqramlarla mübarizə aparırsınızsa, lakin bütün səylərinizə baxmayaraq, onlardan xilas ola
bilmirsinizsə, məsələ sizdə deyil, konkret metabolik səbəblərdə və ya düzgün olmayan arıqlama taktikasındadır.
Ətrafınızdakı insanlar sizi əsas məsələnin sadəcə daha az yemək və daha çox hərəkət etmək olduğuna inandırmağa çalışa
bilərlər, lakin bəzən uğur daha az nəzərə çarpan addımlar atmağı tələb edir — stressin idarə olunmasına və ya psixoloqla
işləməyə diqqət yetirmək, hormonların səviyyəsini yoxlamaq və ya patoloji iştaha ilə mübarizə aparmaq üçün preparatlar
əlavə etmək. Və nəhayət, əgər arıqlama bu qədər asan bir proses olsaydı, həkimlər dünyada piylənmə epidemiyası barədə
həyəcan təbili çalmazdılar.
Mənbələr
Sağlam arıqlama haqqında məqalələr