Məqalə Verba Mayr Beynəlxalq sağlamlıq mərkəzi ilə birlikdə yazılmışdır
İnsulinə qarşı rezistentlik nədir və çəkiyə necə təsir edir?
İstənilən sahədə olduğu kimi, tibdə də "dəbdə olan" mövzular var və son zamanlar barəsində çox danışılan diaqnozlardan
biri — insulinə qarşı rezistentlikdir.
Onu artıq çəki, II tip şəkərli diabetin və digər ağırlaşmaların inkişaf etmə riski, arıqlama zamanı çətinlik və bir çox xoşagəlməz və hətta qorxunc nəticələrlə əlaqələndirirlər.
Özümüzdə bu diaqnozdan necə şübhələnə bilərik və əgər orqanizm müqavimət göstərirsə, necə arıqlamaq olar?

İnsulinə qarşı rezistentlik nədir?
İnsulin — orqanizmin ən vacib hormonlarından biridir, mədəaltı vəzi tərəfindən istehsal olunur və onun ən əsas vəzifəsi
— orqan və toxumalara enerji gətirməkdir. İnsulin qida ilə qəbul edilən qlükoza üçün "qapını" açmaq, onun içəri daxil
olmasına və hüceyrənin yaşadığı bir çox biokimyəvi reaksiyalarda yanacaq rolunu oynamağa imkan yaradaraq, açar kimi
işləyir.
İnsulinə qarşı rezistentlik zamanı insulin reseptoru şəklində olan "qıfıl" işləmir — sadəcə olaraq, öz açarına reaksiya
vermir.
Bu zaman:
Bu zaman:
1
Ac qalmış hüceyrələr öz funksiyalarını yerinə yetirə bilmir;
2
Qlükoza hüceyrələrə daxil ola bilmir və qanda onun miqdarı artır;
3
Mədəaltı vəzi qanda şəkərin səviyyəsini azaltmağa çalışaraq, uğursuz olsa da, insulini getdikcə daha çox həcmlərdə
istehsal etməyə davam edir.
Nə üçün belə alınır?
Çox zaman insulinə qarşı rezistentliyin aşağıdakı inkişaf yolları ayırd edilir:
1
Düzgün qidalanmama və qlükozanın qana həddən artıq çox daxil olması zamanı insanda insulinin daimi yüksək səviyyəsi
müşahidə olunur, bu da reseptorları həddən artıq aktivləşdirir. Orqanizm bu qədər siqnala vaxtında reaksiya vermək
iqtidarında olmayan orqanizm “qulaqlarını tıxmağa” çalışır və hüceyrələrin həssaslığını azaldır;
2
Artıq çəki mövcud olduqda, piy toxuması endokrin orqan kimi çıxış edir və hüceyrələrin insulinə qarşı həssaslığına mənfi
təsir edən maddələr sintez edir;
3
Genetik meyl sayəsində insanda əvvəlcədən insulinə qarşı daha az həssas reseptorlar ola bilər.
İnsulinə qarşı rezistentliyin inkişaf etmə prosesi
Genetik amillər
Qidalanma və həyat tərzi
Dərmanlar
Hormonal amillər
İNSULİNƏ QARŞI REZİSTENTLİK
hüceyrələr insulinə reaksiya vermir və nəticədə qlükozanı udmurlar
Piylənmə
Tip 2 şəkərli diabet
Ateroskleroz
Hipertoniya
İnsulinə qarşı rezistentlik çəkiyə necə təsir edir?
İnsulinin çox sayda yaxşı xüsusiyyətləri var: insulin öz-özlüyündə aclıq hissini yatırır və iştahanı azaldır, zülalın
sintezində iştirak edir və əzələlərin qurulmasına kömək edir, qaraciyərin qlükozanı rahat energetik yanacaq olan
qlikogen şəklində ehtiyatda saxlamasına kömək edir.
Lakin eyni zamanda insulin keşikçi it kimi yağ ehtiyatlarının yanacaq qismində istifadəsinə mane olur və qaraciyərdə sərbəst yağ turşularının sintezini artırır, bu da qlükozanın yüksək səviyyəsi ilə birlikdə qaraciyər hüceyrələrinin — hepatositlərin zədələnməsinə aparıb çıxarır, tip 2 şəkərli diabetin inkişaf etməsi və qəfil ölüm riskini artırır. İnsulinə qarşı rezistentlik və qlükozanın böyük həcmdə daxil olması şəraitində qaraciyərin və digər daxili orqanların daxilində və ətrafında təhlükəli visseral piy formalaşır, bu piy ürək-damar xəstəliklərinin, xərçəng xəstəliyinin və şəkərli diabetin yaranması riskini artırır.
İnsulinə qarşı rezistentliyi olan insan üçün arıqlamaq çox çətin olur — enerji ala bilməyən hüceyrələrin çox güclü, motivasiyasız aclığı insanı soyuducuya doğru aparır, qanda qlükozanın izafi həcmi isə ən təhlükəli yerlərdə toplanır və var gücü ilə orada qalmağa çalışır.
Qapalı dövrə formalaşır: artıq çəki insulinə qarşı rezistentliyin inkişafını, insulinə qarşı rezistentlik isə çəkinin artmasını təhrik edir. Bu dövrəni qırmaq bəzən heç də asan olmur.

Özünüzdə insulinə qarşı rezistentlikdən necə şübhələnə bilərsiniz?
Əgər özünüzdə siyahıda göstərilən simptomlardan birini və ya daha çoxunu aşkar etmisinizsə, çek-ap müayinəsindən
keçməyiniz və bu vəziyyətin müalicəsinə vaxtında başlamaq üçün həkim qəbuluna getməyiniz tövsiyə olunur.
1
İştahanın artması, doyma hissinin olmaması;
2
Bel əhatəsinin qadınlarda 80 sm-dən və kişilərdə 94 sm-dən çox olması;
3
Qanda qlükozanın və triqliseridlərin səviyyəsinin yüksəlməsi;
4
Bədən çəkisinin əhəmiyyətli dərəcədə artması;
5
Qara akantoz — büküşlərdə və sürtünmə yerlərində, dizlərdə, dirsəklərdə, qoltuqaltı nahiyələrdə dərinin rənginin
tündləşməsi;
6
Dəridə törəmələr — papillomalar, keratomalar, hemangiomalar;
7
Xroniki yorğunluq, yeməkdən sonra yuxuya meyllilik;
8
Əsəbilik, əhval-ruhiyyənin dəyişkən olması;
9
Miomanın, endometriozun, polikistoz yumurtalıqlar sindromunun mövcud olması;
10
Başgicəllənmələr;
11
Görmə qabiliyyətinin pisləşməsi.
Təəssüf ki, bəzən insulinə qarşı rezistentliyin aşkar təzahürləri olmur, proses gizli gedir və dispanserləşdirmə zamanı
xoşagəlməz sürpriz kimi aşkar edilir.
İnsulinə qarşı rezistentlik necə müalicə olumalıdır?
1
Çəkini və qida rasionunu normallaşdırmaq
Bu bəndi yerinə yetirmədən hüceyrələrin insulinə qarşı həssaslığını bərpa etmək mümkün deyil.
Birincisi, mədəaltı vəzini gücləndirilmiş rejimdə işləməyə məcbur edən məhsulları — asan mənimsənilən karbohidratları (ağ un, nişasta, bal, şəkər, şərbətlər, qənnadı məmulatları və s.), yarımfabrikatlar, fəst-fud, "maye kalorilər" (şirin qazlı içkilər, şirələr, alkoqol, energetik içkilər).
İkincisi, qida rasionunu orqanizmin kəskin aclıq vəziyyətinə düşmədən toplanmış piy toxuması ehtiyatlarından yavaş-yavaş istifadə etməsinə imkan verən kalori çatışmazlığı ilə formalaşdırmaq lazımdır. Tədqiqatlara əsasən, gündə 400 kalori çatışmazlığı qadınların 20 həftə ərzində 12 kq çəki atmasına və ən təhlükəli visseral piyin miqdarını 25% azaltmasına kömək edir.1
Pəhrizin başlanğıc mərhələlərində qida rasionunun dəyişməsi zamanı aclıq hissini dəf etməyə kömək etmək üçün həkim kompleks müalicənin tərkibində semaqlutid əsasında preparat təyin edə bilər. Bu preparat qlükaqonabənzər peptid-1 (QBP-1) reseptorlarına təsir edərək, qidanın mədədən çıxarılmasını ləngidir, toxluq və dolğunluq hissini uzadır, eləcə də piy kütləsinin azalmasına kömək edir.
Bu, nəinki kalori çatışmazlığının uzun müddət qorunub saxlanması, həm də qida qəbulları arasında 3-4 saat ərzində qəlyanaltılar olmadan "təmiz" zaman aralıqlarına (qanda insulinin səviyyəsinin azalmasına kömək edirlər) daha asan əməl olunması üçün çox vacibdir. Bundan əlavə, semaqlutidin istifadəsi 16/8 interval aclıq rejiminə rahatlıqla keçməyə kömək edə bilər, bu rejim zamanı orqanizm yemək qəbulunun olmadığı daha uzun gecə aralıqlarına malik olur ki, bu da reseptorların həssaslığının bərpasına kömək edir.

Bundan əlavə, insulinə qarşı rezistentlik vəziyyətində bağırsaqda qlükozanın sorulmasını və qaraciyərdə onun sintezini
azaldan, eləcə də toxumaların insulinə qarşı həssaslığını artıran, lakin arıqlamanın sürətinə və keyfiyyətinə cüzi təsir
edən preparat — metformin təyin edilə bilər.
Pəhrizdə bol miqdarda nişastasız tərəvəz və göyərtilərlə birlikdə yağsız zülala (ət, balıq, dəniz məhsulları, paxlalı bitkilər), qoz-fındıqdan alınan bitki yağlarına və yağlara, eləcə də, daha aşağı qlikemik indeksə (qidanın tərkibində olan karbohidratların qlükozanın səviyyəsinə təsir etmə göstəricisi) malik olan tam taxıl bitkilərinə üstünlük verilir.

Fiziki fəallığın artırılması
Həm kardio, həm də güc məşqləri əzələlərdə qlikogen sərfiyyatını artırır, bu isə qandakı qlükoza hesabına bərpa olunur. Bu zaman nəinki şəkərin səviyyəsi azalır, həm də toxumaların insulinə qarşı həssaslığı artır.
Yaxşı olar ki, həftədə ən azı 3 dəfə fiziki hərəkətlər edəsiniz, lakin unutmayın ki, ən böyük kalori sərfiyyatına gündəlik məişət fəallığı — gəzmək, ev işləri, uşaqlarla aktiv oyunlar səbəb olur. Buna görə də, həyatın bütün aspektlərinə daha çox hərəkət daxil etmək və kalori sərfiyyatını artırmağın hər bir əlavə imkanını axtarmaq lazımdır.

İnsulinə qarşı rezistentliyin inkişafını nə təhrik edə bilər?
Hüceyrələrin insulinə qarşı həssaslığına bir çox səbəblər təsir edir:
İnsulinə qarşı rezistentlikdən demək olar ki, heç kim sığortalanmayıb. Yaxşı xəbər budur ki, bu vəziyyət geri dönəndir.
Əgər çəkinin tədricən azaldılması, düzgün qida vərdişlərinin formalaşdırılması ilə vaxtında və ciddi məşğul olsanız və
özünüzə daha çox diqqət yetirsəniz, orqanizminizin normaya qayıtmağına həqiqətən kömək edə bilərsiniz.
Mənbələr
Sağlam arıqlama haqqında məqalələr