Спасибо!

Ваш результат был отправлен на указанную вами почту

Rahmat!

Siz axborot byulleteniga obuna bo'ldingiz

Оставьте свои данные и мы пришлем вам на почту результаты теста, рекомендации по питанию, основанные на Гарвардской модели тарелки, а также рекомендации ВОЗ по физической активности
*Поле обязательно к заполнению
*Поле обязательно к заполнению
*Поле обязательно к заполнению
Нажимая кнопку «Отправить» вы соглашаетесь с условиями Политики обработки персональных данных

Внимание

Вы уже сохранили свой результат
Письмо с индивидуальной ссылкой придет на указанный e-mail в ближайшее время

Внимание

Убедитесь, пожалуйста, что вы
выбрали верный объем талии.
Если этот пункт вызывает у вас затруднения,
просто пропустите его

Спасибо!

Спасибо за вашу заявку,
мы свяжемся с вами в ближайшее время

Məqalə Verba Mayr Beynəlxalq sağlamlıq mərkəzi ilə birlikdə yazılmışdır

Qarından necə xilas olmalı?

Xeyli miqdarda pəhriz və fiziki hərəkətlərin mövcud olmasına baxmayaraq, bir çox insanların ən problemli yerlərindən biri qarın olaraq qalır. Bel əhatəsini azaltmaq nə üçün bu qədər çətindir və bu məsələ sağlamlıqla nə dərəcədə əlaqəlidir?

ÜST və Səhiyyə Nazirliyi təsdiq edirlər ki, estetik baxımdan arıqlamağa çalışanlar hətta tibbi baxımdan da haqlıdırlar: bel əhatəsinin qadınlarda 80 sm-dən, kişilərdə isə 94 sm-dən çox olması ürək-damar xəstəliklərinin, insultun, karbohidrat mübadiləsi pozulmalarının və diabetin, eləcə də onkoloji xəstəliklərin inkişaf etməsinin yüksək riski ilə əlaqələndirilir.
Qarın nələrdən ibarətdir?
Eyni boya və çəkiyə malik olan iki insanda xarici görünüş olduqca fərqlənə bilər və burada əsas rolu orqanizmin artıq piyi yığmağa üstünlük verdiyi yer oynayır.

Əgər qarının daxilinə baxsaq, aşağıdakıları görə bilərik:

1
Piy təbəqəsinin dərinin altında yerləşməsi – nisbətən xoşxassəli variantdır, xarici görünüşü pisləşdirir, lakin metabolizmə daha az təsir göstərir.
2
Piy təbəqəsinin daxili orqanların – qaraciyərin, bağırsaqların, mədəaltı vəzinin, mədənin, böyrəklərin və hətta ürəyin ətrafında yerləşməsi. Bu cür piy visseral, mərkəzi və ya abdominal adlandırılır və məhz o, sağlamlıq üçün ən təhlükəli hesab edilir.
Hər iki variantın kombinasiyasına da rast gəlmək olar. Bir qayda olaraq, insanda dərialtı piy nə qədər çoxdursa, visseral piy də bir o qədər çoxdur, lakin bəzən vizual olaraq qamətli bədən quruluşuna malik insanda abdominal piylənmənin yüksək səviyyəsinə rast gəlinir.
Visseral qarına necə qalib gəlmək olar?
1
Qidalanmanıza diqqət edin
Piy yığıntılarının növündən asılı olmayaraq, artıq çəki ilk növbədə qida ilə daxil olan və gün ərzində sərf olunan enerji balansının pozulması ilə əlaqədardır. Buna görə də, kaloriliyin məhdudlaşdırılması ilə pəhrizə əməl olunması artıq çəkili insanlara bu qədər səmərəli təsir edir.

Tədqiqatlardan birinə əsasən1, 5 həftə ərzində qida rasionunun kaloriliyinin 400 kkal azalması fiziki yüklənmələrin intensivliyindən asılı olmayaraq visseral piyin miqdarını 25% azalda bilər. Eyni zamanda, bol miqdarda sağlam yağlarla zəngin olan az karbohidratlı pəhriz, az yağlı və çox karbohidratlı pəhrizlə müqayisədə beldə əlavə santimetrlərin öhdəsindən daha tez gəlməyə kömək edir.

Əlavə nəticə əldə etmək üçün rasionda zülalın payını bədən çəkisinin hər kiloqramına 1,3 qrama qədər artırmaq olar. Bu, nəinki qida qəbulundan sonra toxluq müddətini artırır, həm də arıqlama prosesində visseral piyin itirilməsini artırır.
2
Kalori sərfiyyatını artırın – idmanla məşğul olun
Hətta alimlərdə indiyə qədər razılığa gələ bilməyiblər, visseral piyin yandırılması üçün nə daha yaxşıdır – kardio yoxsa güc məşqləri? Lakin tədqiqatların meta-analizlərindən2 belə qənaətə gəlmək olar ki, istənilən idman abdominal piylənməyə qalib gəlmək şanslarını artırır.

Əgər kardioməşqləri xoşlayırsınızsa, unutmamalısınız ki, oynaqlar və ürək-damar sistemi üçün təhlükəli olduqları üçün tullanma və intensiv qaçış bədən çəkisi çox yüksək olan şəxslərə tövsiyə edilmir. Bu halda ən yaxşısı – sürətli gəzməyi, üzgüçülüyü və ya velosiped sürməyi seçməkdir.

Bundan əlavə, visseral yağın yandırılması üçün idman zalında keçirilən vaxtı azaldan YİİM – yüksək intensivlikli interval məşqlərindən və dinclik vəziyyətində kalorilərin yanmasını əlavə olaraq artıran ağırlıqla məşqlərdən istifadə etmək olar.

Həftədə ən azı 3 dəfə məşğul olmaq, intensivliyi tədricən artırmaq, hərəkətlərin texnikasına nəzarət etmək və orqanizmin fiziki yüklənməyə uyğunlaşmasına və effektivliyin azalmasına yol verməmək üçün vaxtaşırı olaraq hərəkətləri dəyişdirmək lazımdır.
Nə üçün visseral qarından xilas olmaq çətindir?
Təəssüf ki, abdominal piylənmənin xüsusiyyətləri səbəbindən arıqlama çox zaman yüksək aclıq səviyyəsi və doyma hissi ilə bağlı problemlərlə mürəkkəbləşir.

Piy hüceyrələri toxluq hormonu olan leptin istehsal edir. Onlar nə qədər çoxdurlarsa, bu hormonun da səviyyəsi bir o qədər yüksəkdir, bu hormon orqanizmə siqnal göndərir ki, daha yemək lazım deyil, biz toxuq.

Lakin çox zaman həddən artıq yemək problemləri təkcə fizioloji "normal" aclığın deyil, həm də psixologiya, emosiyalar, hüceyrə və toxumalarda baş verən dəyişikliklər sahəsində olur.

Leptinin səviyyəsinin yüksək olmasına baxmayaraq, insan həddən artıq yeməyə davam etdikdə, orqanizm hüceyrələrin membranından leptin reseptorlarını “gizlədir”. Bu mexanizmi bezdirici olaraq zəng çalan, danışmaq istəmədiyimiz insandan gələn ardıcıl zəngləri eşitməmək üçün səssiz rejimə keçirdiyimiz telefonla müqayisə etmək olar.

Daha sonra isə qüsurlu dövrə formalaşır – insan getdikcə daha çox yeyir, piy toxuması artıq çox olduğu barədə işarə edir, lakin siqnal çatmır və insan aclıq hiss etməyə və yeməyə davam edir.
Bu mübarizədə özümüzə necə kömək edək?
Bunu qəbul etmək lazımdır ki, arıqlamaq iradə gücünün çatışmazlığı deyil, fiziologiyanın və hormonal fonun xüsusiyyətləri səbəbindən çətin ola bilər.

Kalori çatışmazlığını uzun müddət və rahatlıqla qoruyub saxlamaq üçün, kombinə olunmuş müalicədə arıqlama preparatlarından istifadə etmək olar, optimal variantlardan biri – qlükaqonabənzər peptid-1 (QBP-1) reseptorlarının aqonisti olan semaqlutid əsasında iynələrdir. Bu hormon insan orqanizmində, mədə və bağırsaqda qida olduğunu hiss etdikdə istehsal olunur və dolğunluq hissi verir.

Semaqlutid insanın daha uzun müddət toxluq hiss etməsinə və əzabverici aclıq hiss etmədən qəbul edilən yeməyin miqdarını azaltmasına kömək edir. Bunun sayəsində daha sağlam və daha az kalorili qida rasionuna keçmək daha rahat, arıqlama isə daha effektiv və sürətli olur.
Arıqlama preparatlarının qısa icmalı
Hansı amillər visseral qarının yaranmasına gətirib çıxara bilər?
1
Cins
Artıq piyin bel nahiyəsində yığılması kişilər üçün səciyyəvidir, halbuki qadınlar üçün “armud” tipi üzrə piylənmə (budlarda və sağrılarda) xasdır.
2
Orqanizmdə piyin ümumi faizi
əgər bədən kütlə indeksiniz (BKİ) 25-dən çoxdursa, bu sizdə artıq çəkinin olduğunu və piylərin qarın nahiyəsinə yığılma ehtimalının yüksək olduğunu göstərə bilər. Metod nisbidir, çünki bədən quruluşunun xüsusiyyətlərini nəzərə almır – məsələn, əzələ toxumasının faizi daha çox olan idmançı bədən quruluşuna malik insanda da BKİ 25-dən yuxarı ola bilər.
Piyin ümumi miqdarını faiz və kiloqramlarla dəqiq müəyyənləşdirməyə bioimpedansometriya, visseral piyin faizini müəyyənləşdirməyə isə MRT və ya KT müayinələri kömək edəcək Son zamanlar populyar olan “ağıllı” tərəzilərin işi də bioimpedansometriyaya əsaslanır, lakin hazırda mövcud olan tədqiqatlar onların qiymətləndirmə xətalarının 34%-ə çata bildiyini göstərir.3
3
Yaş
Yaşlılıq dövründə kişilərdə testosteronun, qadınlarda isə menopauzadan sonra qadın cinsiyyət hormonlarının – estrogenlərin səviyyəsinin azalması da artıq kiloqramların bel nahiyəsində yığılmasına səbəb olur, adipositlər isə daha çox iltihab amilləri istehsal etməyə başlayaraq xroniki xəstəliklərin yaranması riskini artırırlar.
4
Stress
Uzunmüddətli stress nəinki qanda kortizolun səviyyəsini artırır, həm də beynimizi enerji sərfiyyatını azaldan və piyin toplanmasını aktivləşdirən maddəni – Y neyropeptidini sintez etməyə təhrik edir. Məhz visseral piy hüceyrələrinin kortizola daha həssas olduqlarını nəzərə alsaq, təəccüblü deyildir ki, təşviş şəraitində artıq piy ilk növbədə qarında yığılır.

Bundan əlavə Y neyropeptidi adipositlər tərəfindən istehsal edilən toxluq hormonu olan leptinin antaqonistidir. Piy toxumasının izafi miqdarda olmasına baxmayaraq, insan yenə də öhdəsindən gəlmək çətin olan aclıq hiss edir.
5
Genetika
TBX15, HOXC13, RSPO3, CPEB4 və LRP5 genlərinin müəyyən versiyaları qarın nahiyəsində artıq piyin toplanmasına səbəb ola bilər.4

Təəssüf ki, biz bu səbəblərin bəzilərinə təsir edə bilmirik. Lakin bu o demək deyildir ki, heç nə etmək mümkün deyil.
Nə üçün qarının olması təhlükəli hesab edilir?
1
Metabolik sindrom və II tip şəkərli diabet
Visseral piy dərialtı piyə nisbətən xüsusi maddəni – insulinə qarşı rezistentliyin inkişafında əsas rol oynayan retinolu birləşdirən zülal 4 (RBP4)-ü daha çox sintez edir, bu da II tip şəkərli diabetin inkişafına aparıb çıxarır.
2
Ürəyin işemik xəstəliyi
Visseral piy endokrin orqan kimi işləyərək estrogenlərin metabolizmində və immun sistemimizi qıcıqlandıran və aktivləşdirən çox sayda maddələrin sintezində iştirak edir. İnkişaf edən sistem iltihabı ürək damarlarının aterosklerozunun yaranmasına səbəb olur və ürək-damar sistemi xəstəliklərinin inkişafına gətirib çıxarır.
3
Qaraciyərin zədələnməsi
Abdominal piylənmə zamanı inkişaf edən insulinə qarşı rezistentlik qlükozanın və yağ turşularının izafi miqdarının utilizə olunmasını çətinləşdirir və qaraciyərin funksional hüceyrələrinin tədricən məhv olmasına, onların piy birləşdirici toxuma ilə əvəzlənməsinə gətirib çıxarır.
4
Onkoloji xəstəliklər
Piy toxumasının hüceyrələri olan adipositlər tərəfindən çox miqdarda istehsal edilən iltihabı gücləndirən maddələr artıq çəkili insanlarda endometriumun xərçənginin, süd vəzi xərçənginin, kolorektal xərçəngin, mədəaltı vəzinin və qida borusunun xərçənginin, eləcə də karsinomanın yaranması riskini artırırlar.
Yekun rəy
Piylənmə epidemiyasının pandemiya miqyaslarına çatmasına baxmayaraq, beldə artıq santimetrlərdən xilas olmağa və onlarla əlaqəli riskləri azaltmağa kömək edən effektiv çəkiyə nəzarət metodları mövcuddur. Əgər ilk dəfə deyil ki, müstəqil olaraq qida rasionunuzu məhdudlaşdırmağa çalışırsınız və bu, uğursuzluqla nəticələnir, çox güman ki, problem sizdə və ya iradə gücünüzün çatışmamasında deyil. Bu o deməkdir ki, biokimyəvi balansı dəyişdirmək və sizi qamətli bədən quruluşuna gətirib çıxaracaq yeni, faydalı qida rasionuna öyrəşməyə özünə vaxt verməsi üçün orqanizminizə ilkin mərhələdə kömək lazımdır.
Mənbələr
1 https://pubmed.ncbi.nlm.nih.gov/19211823/
2 https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC3568069/ , https://pubmed.ncbi.nlm.nih.gov/34536199/
3 https://www.consumerreports.org/body-fat-scales/body-fat-scale-review/
4 https://link.springer.com/article/10.1007/s00125-014-3214-z/